Daxili işlər naziri, general-polkovik Vilayət Eyvazov bölmə rəisini vəzifəsindən azad edib.

Məlumata görə, nazirin əmri ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Urxan Şirinov işdən çıxarılıb.

U.Şirinov sərəncama götürülüb.

Həmçinin oxuyun: Bakıda barda tanış olduğu qadın “Parkside” hotelində əcnəbini soydu

Qeyd edək ki, Urxan Şirinov sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qaynı Nüsrət Şirinovun oğludur.

Polis general-mayoru Nüsrət Şirinov isə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.

Fotoda: Nüsrət Şirinov

İstinadlar Qafqazinfo