Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. 

Bu barədə ETSN-nin mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda ölkəmizin bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

İstinadlar Qafqazinfo