
Qazaxıstan Azərbaycanla mədəni-humanitar əməkdaşlığa xüsusi diqqət yetirir.
Bunu ölkənin Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu bu gün Astanada azərbaycanlı həmkarı Ceyhun Bayramovla brifinqdə bildirib.
“Biz Qazaxıstan və Azərbaycanın kütləvi informasiya vasitələrinin iki ölkənin ərazisində yayımının genişləndirilməsi yollarını müzakirə etdik. Mədəni-humanitar sahəyə xüsusi diqqət yetiririk. Son iki ildə Qazaxıstan və Azərbaycanın keçirdiyi mədəniyyət günləri xalqlarımızın bir-birinin mənəvi-tarixi irsi ilə tanış olmasına kömək edib”, – o qeyd edib.