
“Orta Dəhlizin daha da inkişaf etməsi ilə bağlı Türkiyə, Azərbaycan və Qazaxıstan arasında razılıq əldə olunub”.
Bu barədə Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu Qazaxıstanın paytaxtı Astanada keçirilən “6-cı yeni İpək Yolu Nəqliyyat və Logistika İş Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, Orta Dəhlizin inkişafı ölkələr arasında əməkdaşlığa töhfə verəcək: “Biz Orta Dəhlizin inkişafı məsələsində qətiyyətliyik”.