“Almaniya bu gün Ukraynaya silah göndərməyə hazır olmasa belə, hərbi-siyasi dialoqun bərqərar olması üçün Normandiya formatı çərçivəsində çox böyük səy göstərir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna müdafiə nazirinin müavini Oleksandr Polişuk Almaniyanın ölkəsinə hərbi sursat satışından imtina etməsinə münasibət bildirərəkən deyib.

“Biz hazırda bir sıra məşvərətlər aparırıq. Ona görə də fikrimcə, bu, təkamül prosesidir. Almaniya Ukraynaya silah və hərbi texnika sarıdan kömək etmək qərarına gələrsə, biz buna hazır olacağıq. Mövcud eytiyacları bilirik, yeni müqavilələri harada imzalaya biləcəyimizi də bilirik. Söhbət heç də hansısa xeyriyyə tədbiri şəklində təmənnasız silah verməkdən getmir. Biz müqavilə imzalanmasını, lisenziya alınmasını nəzərdə tutan adi tərəfdaşlıqdan bəhs edirik”.

Müdafiə nazirinin müavini Ukrayna ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu bildirib:

İstinadlar Report