Türkiyə pilotsuz təyyarələrdən meşə yanğınlarına qarşı mübarizədə istifadə edir.

Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Abdulkadir Polat deyib.

Onun sözlərinə görə, Türkiyə meşə yanğınlarına qarşı mübarizə üçün təkmilləşdirdiyi donanması ilə dünyada sayılı ölkələr arasındadır: “Eyni zamanda ölkəmiz meşə yanğınlarına qarşı mübarizədə pilotsuz uçuş aparatları (PUA) tətbiq etməsi ilə də dünyanın iki ölkəsindən biridir. Türkiyə meşə yanğınlarına qarşı mübarizədə çox inkişaf edib, imkanlarını artırıb”.

İstinadlar Report