Türk İnvestisiya Fondu türkdilli ölkələr arasında işbirliyinin stimullaşdırılmasında mühüm rol oynaya bilər.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə bildirib.

O xatırladıb ki, ticarətin və sahibkarlığın inkişafı, regional layihələrin, xüsusilə mikro, kiçik və orta müəssisələrin təşəbbüslərinin maliyyələşdirilməsi baxımından geniş perspektivlər vəd edən Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edir.

İstinadlar Report