Səhiyyə nazirinin birinci müavini Teymur Musayev Buzovnada yerləşən Reabilitasiya Mərkəzində sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan şəhid ailələrinin övladları ilə görüşüb.

Teymur Musayev ötən ilin ölkəmiz üçün əlamətdar il olduğunu vurğulayıb: “Qəhrəman atalarınız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq”.

Tədbirdə qeyd olunub ki, mərkəzdə 1200-dən çox qaziyə nevroloji, psixoloji və fizioterapevtik müalicələr göstərilib və hazırda müəssisədə 50-dən çox qazimiz müalicə alır.

Tədbirin sonunda İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin övladlarına hədiyyələr təqdim edilib.