“Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün 4 istiqamətdən hücum etsə də, uğur qazana bilmir”.
Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün Avdeyevkanı mühasirəyə almağa cəhd göstərir: “Sadə dillə desək, Şərqdə (Ukraynanın şərqini nəzərdə tutur – red.) müdafiə əməliyyatı kifayət qədər mürəkkəbdir”.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının aprelin 1-də yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 173 990 nəfərə çatıb. Son sutkada Rusiya Ukraynada 630 hərbçi itirib.