Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji səmərəliliyi ilə bağlı Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədi (NDC) çərçivəsində üçüncü sənədin hazırlanması davam edir.

Bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilə qədər xalis sıfır emissiya zonası elan edilib: “NDC çərçivəsində hazırlanmaqda olan üçüncü sənəd məhz bu məqsədə nail olunmasına yönəlib. Artıq Qarabağda xalis sıfır emissiya hədəfinə çatmaq üçün ən son texnologiyalar tətbiq edilir. Xüsusilə “Azərişıq” ASC-nin innovativ həlləri sayəsində enerji itkiləri əhəmiyyətli dərəcədə azaldılıb və bu göstəricilər Avropa standartlarına yaxınlaşır”.

E. Soltanov bildirib ki, Qarabağda binaların istilik effektivliyi baxımından xüsusi rejimdə tikilməsi istiqamətində şəhərsalma sahəsində ciddi işlər aparılır.

İstinadlar Report