
Kənd Təsərrüfatı Nazirliyinin məqsədi müasir suvarma sistemlərinin tətbiqi ilə yüksək keyfiyyətli ərzaqlıq buğda istehsalına nail olmaqdır.
Bunu Avropa İttifaqı (Aİ), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və nazirliyin birgə fəaliyyəti çərçivəsində Bakıda keçirilən Azərbaycanda Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forumda nazir müavini Sarvan Cəfərov bildirib.