“Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatın rəqabətqabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, iqtisadi artımın inklüziv və dayanıqlı olması üçün kənd və şəhərlər arasında inkişaf balansının artırılması hədəflənir”.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.

“Hazırda dünya əhalisinin 55 %-i şəhərlərdə yaşayır. 2050-ci ilə qədər bu rəqəm 70 %-ə çatacaq. Dünyada urbanizasiya prosesi davam etdikcə dayanıqlı inkişafa nail olmaq şəhərlərin uğurlu idarə edilməsindən asılı olacaq. Həm şəhər, həm də kənd əhalisinin həyatını yaxşılaşdırmaq üçün inteqrasiya olunmuş siyasətlərə ehtiyac var. Məqsədlərə nail olmaq üçün atılan addımlar nəticəsində şəhərlə kənd yerləri arasında yaşayış standartları arasındakı fərqlər azaldılacaq. Regionların iqtisadi və təbii potensialında səmərəli istifadə ediləcək”, – deyə o, qeyd edib.

İstinadlar Report