“Cənubi Koreya ilə Azərbaycan arasında münasibətlər hörmət və etimada əsaslanır”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cənubi Koreyanın Milli Günü ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, 2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 228 milyon ABŞ dolları təşkil edib: “Azərbaycanda 77 Koreya şirkəti fəaliyyət göstərir. Biz təhsil sahəsində də əməkdaşlıq edirik. 2020-ci ildə Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında ikili diplom proqramına start vermişik”.

İstinadlar Report