Dünya bazarında baş verənlər Azərbaycanda ərzaq təhlükəsizliyini, o cümlədən buğda ilə özünü təminat məsələsini aktuallaşdırıb.

Bunu Bakıda keçirilən “Global Grain Outlook 2022” adlı XII Beynəlxalq Taxıl Ticarət Konfransında kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib.

Onun sözlərinə görə, son vaxtlar iqlim dəyişiklikləri, koronavirus (COVID-19) pandemiyası və regiondakı münaqişələr qlobal ərzaq bazarları üçün ciddi təhddidlər yaradıb, təchizat zəncirinin qırılmasına gətirib çıxarıb. “Bütün bu amillər bir çox ölkələrin ərzaq təhlükəsizliyi üçün təhdidlər yaradır. Bu vəziyyətdən çıxış yeni yanaşmaların və çağırışların varlığını tələb edir. Bu konfransın belə bir şəraitdə keçirilməsi böyük əhəmiyyət kəsb edir. Rusiya, Türkiyə və Qazaxstan kimi qlobal oyunçuların burada olması isə onun əhəmiyyətini daha da artırır. Bu platforma həm də istehlalçı və istehlakçıların maraqlarını nəzərə almaqla taxılın ədalətli qiymətinin müəyyən olunması üçün əhəmiyyətli meydandır”, – deyə o, qeyd edib.

İstinadlar Report