“Son həftələrdə təxminən 24 məktəbdə monitorinqlər apardıq”.

Bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, monitorinqlər məktəblərdə hüquqi sənədləri yox, öyrənmə prosesini ölçməklə bağlı idi:

“Əsas məqsədimiz bundan ibarət idi ki, uşaqların məktəblərdə necə və nə qədər öyrəndiyini müəyyənləşdirək. Təbii ki, yaxşı, keyfiyyətli saydığımız məsələlərlə rastlaşdıq.

Bir çox hallarda, təəssüf ki, məktəblərdə müəllimlərimizin sinfə hazırlıqsız gəlməsi, məktəbdə müəllimlərin dərs prosesinin təşkilində çətinlik çəkməsini də gördük.

İnanıram ki, bu monitorinqlər bizə başa düşməyə imkan verəcək ki, müəllimimizin əsas ehtiyacı nədir. Monitorinqlər zamanı rastlaşdığımız hallarla bağlı müəyyən addımlar atılacaq”.

İstinadlar Qafqazinfo