Macarıstan Qara dəniz sualtı elektrik xətti layihəsində iştirak etməklə Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır.

Bu barədə energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, bu məsələ bu gün Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclası çərçivəsində P.Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə müzakirə olunub.

Nazir P. Siyarto ilə səmərəli görüşünün olduğunu da vurğulayıb.

İstinadlar Report