Azərbaycanda kənd təsərrüfatı təyinatlı ərazilərin 25 %-nin sığorta təminatı var.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (“Azerbaijan International Insurance Forum” – AIIF-2024) bildirib.

“Azərbaycanda aqrar sığorta modelinin əsas xüsusiyyətlərindən biri onun kifayət qədər geniş əhatə dairəsinə malik olmasıdır. Fermerlərə 41 bitki növü üzrə 14 riskdən, heyvandarlıq üzrə 8 riskdən sığorta təminatı təklif edilir. Təklif edilən aqrar sığorta xidmətləri ölkədə fəaliyyət göstərən fermerlərin 96 %-i üçün xidmətlərin əlçatanlığını təmin edir. Aqrar Sığorta Fondunun təminat verdiyi fermerlərə baş vermiş sığorta hadisələrinə görə ödədiyi təzminatlar ildən-ilə artmaqdadır. Bu amil zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini fasiləsiz davam etdirməyə imkan verir”, – deyə o qeyd edib.

İstinadlar Report