Elm və təhsil naziri Emin Əmrullayev ötən gün səsləndirdiyi “Əvvəl etdiyimiz səhvləri Qarabağ Universitetində etməyəcəyik” ifadəsinə aydınlıq gətirib.

Nazirin sözlərinə görə, bu, daha çox ritorik ifadə idi.

O qeyd edib ki, əvvəl etmədiyimiz və ya düzgün etmədiyimiz hallar olub: “Bura müəllimlərin işə qəbulu və digər hallar aiddir. Qarabağ Universitetində müəllimləri işə götürəndə düzgün, şəffaf qaydada götürək. Doktorant tələbə ilə rəhbəri arasında əlaqələr daha düzgün qurulsun və sair”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo