
Ermənistan tərəfi III MDB Oyunlarında iştirakla bağlı Azərbaycanın dəvətini müzakirə edəcək.
Bunu jurnalistlərə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib.
“Bu məsələ ilə bağlı qərar müxtəlif amillərlə, o cümlədən erməni idmançıların təhlükəsizliyi ilə bağlıdır. Müvafiq qərar qəbul edilərsə, bunu açıqlayacağıq”, – o deyib.
Qeyd edək ki, Azərbaycanda Oyunların təşkilat komitəsinin nümayəndəsi Aygül Ağayeva Azərbaycanda keçiriləcək III MDB Oyunlarına erməni idmançıların dəvət edildiyini bildirib.