1995-ci ildən 2023-cü ilə qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Azərbaycana yatırılan investisiyanın 32 milyard ABŞ dolları enerji sahəsinə aiddir.

Bu barədə energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında deyib.

O bildirib ki, qeyd edilən dövrdə ümumilikdə 35 milyard ABŞ dolları dəyərində investisiya yatırılıb.

İstinadlar Report