Azərbaycan bərpa olunan enerji resursları üzrə konkret layihələrin qısa müddətdə həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edib.

Bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi” adlı tədbirdə deyib.

Azərbaycanın enerji ehtiyatları ilə zəngin ölkə olduğunu deyən nazir qeyd edib ki, ölkəmiz öz enerji ehtiyatlarını beynəlxalq bazara çıxarmaqda davam edir: “Biz bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsinə də çox diqqət yetirmişik. Biz 2030-cu ilə qədər enerji istehsalımızda bərpa olunan mənbələrin payının 30,5 %-ə çatdırmağı və bunu daha da artırmağı hədəfləyirik. Amma biz bununla kifayətlənməyəcəyik. Biz bu fəaliyyətləri davam etdirmək və bərpa olunan enerji mənbələrimizdən daha çox istifadə etmək istəyirik. Çünki Xəzər dənizinin Azərbaycan sektorunda kifayət qədər çox alternativ enerji potensialımız var. Bütün bu resurslardan istifadə etməklə qlobal enerji təhlükəsizliyinə töhfə vermək istəyirik”.

İstinadlar Report