Elm və təhsil naziri Emin Əmrullayev Hesablama Palatasının Bakı Dövlət Universitetində aşkarladığı nöqsanlarla bağlı məsələyə münasibət bildirib.

Bu barədə jurnalistlərə açıqlama verən elm və təhsil naziri qeyd edib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. Təbii ki, prosesdə nöqsanlar üzə çıxır.

“Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır”, – E.Əmrullayev qeyd edib.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo