Azərbaycan və Belarus arasında ticari-iqtisadi əlaqələr inkişaf edir və bu əlaqələr müsbət dinamikaya malikdir.

Bunu “Report”un sualını cavablandıran Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş deyib.

Onun sözlərinə görə, son illərdə əməkdaşlıq yalnız artır: “Belarus Azərbaycana ət və ət məhsulları, süd və süd məhsulları ixrac edir”.

S.Bartoş bildirib ki, Azərbaycandan Belarusa kənd təsərrüfatı məhsulları ixrac olunur: “Bunlar Belarusda yetişməyən quru meyvələr, sitrus meyvələri və digər məhsullardır. Bununla belə, istehsal həcminin artırılması və bazar münasibətlərinin inkişafı da daxil olmaqla, hər şey təkmilləşməni tələb edir”.

İstinadlar Report