
Azərbaycan ilk vaxtlardan etibarən həm milli, həm də Qoşulmama Hərəkatının Sədri qismində pandemiyaya qalib gəlmək üçün daha böyük qlobal həmrəyliyin tərəfdarı olmuşdur və bu məqsədlə bir sıra qlobal təşəbbüslər irəli sürüb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına cavab olaraq BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsü BMT-yə üzvlüyün geniş dəstəyini qazanıb. Qoşulmama Hərəkatı adından Azərbaycan, həmçinin üzv dövlətlərin böyük dəstəyi ilə BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında qəbul edilmiş COVID-19 peyvəndlərinə bərabər, əlverişli, vaxtında və universal əlçatanlığın təmin edilməsinə dair qətnamələri müzakirəyə çıxarıb:
“Azərbaycan ölkə daxilində effektiv peyvəndləmə kampaniyası ilə yanaşı, ehtiyacı olan ölkələrə əhəmiyyətli miqdarda COVID-19 peyvəndləri bağışlamışdır. Biz pandemiya ilə mübarizə üçün 80-dən çox ölkəyə beynəlxalq yardım göstərmişik.