“Ukraynada davam edən hərbi əməliyyatlara baxmayaraq, ölkə “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edəcək”.

Bu barədə Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko bildirib.

“Əsas odur ki, “Avroviziya” müsabiqəsi keçirmək ilə bağlı təcrübəmiz var, iki dəfə müsabiqəyə ev sahibliyi etmişik. Bu, ən önəmlisidir. Ona görə də növbəti müsabiqəyə ev sahibliyi etmək, hətta bu cür vaxtlarda belə, bizim üçün problem olmayacaq. “Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik”, – “1+1” telekanalının televiziya xəbər xidməti olan TSN nazirin sözlərindən sitat gətirib.

İstinadlar Report