Yanvarın 28-də Qazaxıstanın “Nur Otan” Partiyasının XXI növbədənkənar qurultayı keçiriləcək.

Bu barədə partiya sədrinin birinci müavini Bauırjan Baybek tviter səhifəsində yazıb.

“”Nur Otan” Partiyasının Siyasi Şurası bu ilin yanvarın 28-də növbədənkənar qurultayın keçirilməsi barədə qərar qəbul edib. Koronavirus və məhdudlaşdırıcı tədbirlər nəzərə alınaraq qurultay videoformatda keçiriləcək”, – o paylaşımında bildirib.

Qeyd edək ki, partiyanın XIX qurultayı 2019-cu il aprelin 23-də keçirilib.

İstinadlar Report