Rus media quruluşları maraqlı iddia ilə çıxış edib.

Azərbaycan 24 xəbər verir ki, iddiaya əsasən Nazarbayev ölkədəki iğtişaşları yatırmaq üçün Türkiyə Ordusunu dəvət etməyi planlayırmış. Lakin Moskvaya bağlı olan Tokayev Kremldən aldığı dəstəklə Nazarbayevi ‘zərərsizləşdirməyə’ nail olub və O, istefaya məcbur edilib. Tokayev Türkiyəyə çağırış edilməsinə mane olaraq Moskvanın diktəsi ilə KTMT-ə yardım üçün müraciət edib.

İddiaya əsasən, Türk Dövlətləri Təşkilatının adı altında əsasən Türkiyə və Azərbaycan ordusu Qazaxıstana girməli və asayiş bərpa olunduqdan sonra da orada qalmalı imiş. Lakin Nazarbayevin planını öyrənən Tokayev Moskvanın köməyi ilə planları pozub.