Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Koçaryana məktub göndərib.

‘News.am” saytının verdiyi xəbərə görə, Nazarbayev Koçaryana Qazaxıstanda gedən daxili-siyasi proseslər və dəyişikliklər barədə məlumat verib, eləcə də Koçaryanın prezidentliyi dövründə onunla birgə işlədikləri illəri sevgi və səmimiyyətlə xatırladığını bildirib.

O, Koçaryanla şəxsi əlaqələrinin gələcəkdə də davam edəcəyinə ümid etdiyini söyləyib.

Xatırladaq ki, R. Koçaryana qarşı 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham elan olunub. O, dekabrın 7-dən həbsdədir. Martın 15-də keçirilən məhkəmə prosesində Koçaryanın həbs müddəti daha 2 ay artırılıb.

İstinadlar Qafqazinfo