Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti ilə görüşdə maraqlı təkliflə çıxış edib.

Azərbaycan 24 xəbər verir ki, Nazarbayev artıq ‘türkdilli ölkələr’ sözünü dəyişməyin vaxtı çatdığına işarə edib.

Nazarbayevin ‘Artıq türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazımdır‘ sözləri sosial mediada  onun bütün türklərin arzusu –  Turana işarəsi kimi qəbul edilib.