Qazaxıstanın ilk və sabiq prezidenti Nursultan Nazarbayev Ukrayna dövlət başçısı Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə və danışıqlar aparmağa hazır olduğunu bildirib.

Bu barədə RİA “Novosti” məlumat yayıb.

O deyib ki, Zelenski Putinlə üz-üzə görüşməyə razılıq verib: “Bu barədə Rusiya prezidentinə məlumat vermişəm. Baxaq görək necə olur”.

Eyni zamanda sabiq prezident görüş yeri kimi Qazaxıstanı təklif edib.

İstinadlar Report