30 sentyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə “Bakıdan Gəncəyə” layihəsi çərçivəsində Xalq artisti, tarzən Malik Mansurovun rəhbərliyi ilə “Naz-Nazı” muğam qrupunun konserti baş tutacaq.

Konsertdə “İz” və “Yari-pünhan” kompozisiyaları, xalq mahnıları “Xumar oldum” və “Dağların başı”,  “Gül dəstəsi” xalq rəqsi, “Qarabağ şikəstəsi”, “Çahargah dəramədi” səsləndiriləcək.

Biletləri Filarmoniyanın kassasından, həmçinin iticket-az saytından əldə etmək mümkündür.

İstinadlar Qafqazinfo