Türkiyənin evlənmə proqramlarından tanınan və Instagram’da 900 minə yaxın izləyici sayına malik Naz Milanın paylaşdığı foto Britaniya mediasında gündəm olub.

Azərbaycan 24 xəbər verir ki, çox məşhur “Metro” nəşri Naz Milanı gülüş hədəfi edib.

İngilis mətbuatı iddia edir ki, Azərbaycandan olan ingilis dilini bilməyən Naz Mila tatusuna ‘Only God can judge my mistakes’ (yalnız tanrı mənim səhvlərimi mühakimə edə bilər), əvəzinə ‘l can judge a single god with my wrongs and wrongs’(Mən tək tanrını öz yanlışlarımla mühakimə edə bilərəm) həkk etdirib.

Azərbaycan 24 əlavə edir ki, ingilis mətbuatının iddiasına baxmayaraq bu dil bilməmək səhvinə bənzəmir, çünki cümlədə demək olar ki, qrammatik səhv yoxdur. Bu, böyük ehtimalla məhz ‘yalnız tanrı mənim səhvlərimi mühakimə edə bilər’ deyiminə inad, qəsdlə yazılmış bir fikrə daha çox oxşayır.