Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir – Video

Ermənistanın Naxçıvanla sərhəddə iri metallurgiya zavodu tikməyə hazırlaşması Sədərək rayonunun sakinlərinin ciddi narahatlığına səbəb olub.
Bununla bağlı Naxçıvan Televiziyası süjet hazırlayıb.
Sakinlərin sözlərinə görə, zavodun inşası ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarında olduğundan, zavoddan çıxan tullantılar çaya axıdılacaq.
Sakinlər bunu Ermənistanın növbəti ekoloji cinayəti hesab edirlər.
Həmin süjeti təqdim edirik:
“Antiterror tədbiri sanki cərrahiyə əməliyyatı kimi icra olundu”

“Azərbaycan ordusu Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbiri zamanı mülki əhalini hədəf almayıb”.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC”yə açıqlamasında deyib.
O, tədbirin sanki cərrahiyə əməliyyatı kimi icra olunduğunu və yalnız legitim hərbi hədəflərin zərərsizləşdirildiyini bildirib.
“Prosesin icra sürəti onu göstərir ki, bizim niyyətimiz əməliyyatı mümkün qədər tez başa çatdırmaq olub. Belə etməklə həm də qarşı tərəfə göstərdik ki, Azərbaycanın suveren ərazisində qanunsuz saxta dövlət strukturunun mövcudluğu davam edə bilməz” – Əmirbəyov bildirib.
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.
Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Bundan başqa bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.
Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.
Kəmaləddin Heydərov Zəfər parkında – Video

Sentyabrın 27-də Anım Günü münasibətilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub – VİDEO

Sentyabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirliyin rəhbərliyi və bir qrup şəxsi heyəti parkın girişindəki xatirə daşının üzərinə gül dəstələri qoyublar.
Canım oğlum… – Videoreportaj

Azərbaycan xalqı öz qəhrəman övladlarını anır.
Bu münasibətlə şəhidlərin uyuduğu İkinci Fəxri xiyaban ziyarət olunur.
“Qafqazinfo” saytının əməkdaşları Pərvin Zeynal və Xəyal Vəlizadə xiyabanda ziyarətlər zamanı həssas görüntülər lentə alıb.
Videoreportajı təqdim edirik:
Kəmaləddin Heydərov İbrahim Yumaklı ilə görüşdü – Video

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan nazir K.Heydərov İbrahim Yumaklını Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.
Fövqəladə hallar naziri xatırladıb ki, ölkələrimizin liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyi və siyasi iradəsi sayəsində iki qardaş ölkə arasında hərtərəfli əlaqələr ən yüksək səviyyəyə çataraq, strateji müttəfiqlik müstəvisində uğurla inkişaf edir.
Nazir diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin verdiyi siyasi-mənəvi dəstək, həmçinin 2021 və 2022-ci ilin yayında Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə zamanı, habelə bu ilin fevral ayında qardaş ölkədəki dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərində Azərbaycanın göstərdiyi həmrəylik ölkələrimiz arasında münasibətlərin sıx və sarsılmaz olduğunun əyani sübutudur.
K.Heydərov Fövqəladə Hallar Nazirliyinin strukturu və əsas fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib, ölkədə fövqəladə hallarla mübarizə sahəsində görülən işlərdən danışıb. Nazir iki qurum arasında meşə yanğınları ilə mübarizə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Səmimi görüşə görə təşəkkür edən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı qardaş ölkədə baş vermiş fövqəladə hadisələr, o cümlədən cari ilin fevral ayındakı dağıdıcı zəlzələ zamanı Azərbaycan tərəfindən göstərilmiş hərtərəfli dəstəyi xatırladıb. O, ölkələrimiz arasında mövcud yüksək səviyyəli münasibətlər çərçivəsində meşə yanğınları ilə mübarizə istiqamətində iki qurum arasındakı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən türkiyəli nazir müvafiq sahədə əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.
Görüşdə qarşılıqı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.
Görüşdən sonra türkiyəli nazir FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.
Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır! – Video

Müdafiə Nazirliyi (MN) “Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır!” videoçarx hazırlayıb.
Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib – VİDEO

Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib.
“Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır!” adlı videoçarxda 44 günlük Vətən müharibəsi döyüşlərini əks etdirən görüntülər yer alıb.
Videoçarxda Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri ilə bağlı kadrlar da əks olunub.
Belə başlamışdı… – Video

Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsinin başlamasının üç ili tamam olur.
2020-ci ilin bugünkü tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib. Düşmənin yaşayış məntəqələrimizi də atəşə tutması nəticəsində mülki vətəndaşlarımız arasında ölən və yaralanan olub.
Bundan sonra Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb. Tezliklə bir sıra ərazilərimiz işğaldan azad olunub.
44 günlük Vətən Müharibəsi sonda Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli bəyanat imzalanıb. Bununla da neçə-neçə igidimizin qanı hesabına 30 ilə yaxın müddətdə işğal altında qalan Qarabağ torpaqları azad olunub.
Bundan başqa, bu ilin sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Cəmi bir sutka davam edən antiterror tədbirlərinin nəticəsində Qarabağdakı seperatçı rejim ağ bayraq qaldırıb.
Vətən Müharibəsi ilə bağlı hazırladığımız videonu təqdim edirik:
Xocalıda daha bir silah-sursat anbarı aşkar edildi – VİDEO

Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı tikililərin aşkar olunması üzrə tədbirlər davam edir.
Bu Müdafiə Nazirliyindən bildirilib.
Xocalı rayonu ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib.
Anbardan aşkar edilmiş külli miqdarda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, həmçinin tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları müsadirə edilib.
Ərazidə, həmçinin qoşqulara yüklənmiş halda xeyli sayda sursatla dolu yeşiklər də aşkar edilərək götürülüb.
Xocalıda tərk edilmiş dayaq məntəqəsi – Video

Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntüləri yayılıb.
Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir – VİDEO

Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub.
Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri, hərbi geyim dəstləri və zirehli dəbilqələr müsadirə edilib.
“Bu qız bizim qızdır” – Video

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Naxçıvana rəsmi səfər edib.
Naxçıvandakı rəsmi tədbirləri işıqlandıranlar arasında türkiyəli jurnalist Fulya Öztürk də var.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanım jurnalistlə qarşılaşan zaman təəccüblənib və ona “Fulya, haradan gəldin bura?” sualını verib.
Prezident İlham Əliyev isə bu zaman “Bu qız bizim qızdır” deyib.
Həmin anın videosunu təqdim edirik:
Kəlbəcərdə döyüş texnikası müsadirə edildi – Video

Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkar edilib.
Bu Müdafiə Nazirliyindən (MN) bildirilib.
“Müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb”, – MN bəyan edib.
Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış edirlər – Canlı – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış edirlər.
Əvvəlcə Azərbaycan dövlət başçısı bəyanatla çıxış edir.
Ərdoğan Naxçıvana çatdı – Canlı – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfərə yola düşüb.
Bu barədə məlumatı “TRT Haber” yayıb.
Bildirilir ki, səfər Prezident İlham Əliyevin dəvəti ilə həyata keçirilir və bir gün davam edəcək.
***
Türkiyə lideri Naxçıvana çatıb.
Həmçinin baxın
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video
Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub – VİDEO
Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir – VİDEO
Qarabağda ermənilərin mərmər zavodunun zirzəmisində gizlətdiyi silah-sursat aşkarlanıb – VİDEO
Qərbi Azərbaycan Xronikası: Paytaxtımızda niyə Qərbi Azərbaycana aid küçə yoxdur? – VİDEO
Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edildi – Video
Bakı Fərid Şəfiyevin Xankəndi ilə bağlı qalmaqallı fikirlərini təkzib etdi – Video
Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi – VİDEO
Qarabağdakı erməni sakinlərinə göndərilən yük Xankəndiyə çatıb və maşın geri dönüb – VİDEO
Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla