
Qeyd olunur ki, vətəndaşlar Naxçıvan ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrindən qonşu ölkələrə keçə bilmirlər.
Dövlət Sərhəd Xidməti məsələ ilə bağlı açıqlama yayıb:
“Hazırda vətəndaşların dövlət sərhədindən buraxılışı Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli 232 nömrəli qərarına müvafiq olaraq müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir. Bu vəziyyət 1 sentyabr tarixinə qədər qüvvədədir”.
Başqa sözlə, sərhəd sentyabrın 1-dək bağlıdır.