Naxçıvan şəhəri Əliqulu Qəmküsar küçəsində magistral su xəttində qəza baş verib.

Qəzaya səbəb qaynaq birləşmələrinin uzun zamandır fəaliyyət göstərməsi və fəaliyyət müddətini başa vurması göstərilir.

Borunun partlaması nəticəsində 2-ci və 3-cü mikrarayon ərazilərinə, həmçinin Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Naxçıvan Su kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.

İstinadlar Report