Naxçıvan şəhərində baş verən avtoqəzada xəsarət alan qadın xəstəxanada ölüb.

3 gün öncə yolu keçən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Babayeva Hədiyyəbanu Baba qızını avtomobil vurub.

Şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınan hadisədən sonra zərərçəkən Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

68 yaşlı qadın aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

İstinadlar Report