“Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”na uyğun olaraq Naxçıvanda vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunub.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərəcək vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün 1 mart 2024-cü il tarixinədək quruma müraciət edə bilərlər.

İstinadlar Report