Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında 3 567 yeni vergi ödəyicisi qeydiyyata alınıb və iyulun 1-nə vergi ödəyicilərinin sayı illik müqayisədə 20,6 % çox olub.

Bu barədə “Report”un yerli bürosuna İqsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, yeni vergi ödəyicilərinin 3 404-ü fiziki şəxslər, 163-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Yanvar-iyun aylarında yeni qeydiyyatdan keçmiş 163 hüquqi şəxsin 100-ü və yaxud 61 %-i elektron qaydada uçota alınıb.

İstinadlar Report