Naxçıvanda taxıl yığımı başa çatıb.

Məlumata görə, 2022-ci ilin məhsulu üçün muxtar respublikada 64 259 hektar sahədə əkin aparılıb ki, bunun da 33 466 hektarını və ya 52,1 faizini taxıl sahəsi təşkil edib. 2021-ci illə müqayisədə taxıl əkini sahəsi 745 hektar artıb.

Taxıl əkini sahəsinin 21 378 hektarında buğda, 12 088 hektarında isə arpa əkilib. Sahələrin 4038 hektarı, yaxud 12,1 faizi Şərur, 1 1094 hektarı, yaxud 33,1 faizi Babək, 1 607 hektarı, və ya 4,8 faizi Ordubad, 5 711 hektarı (17,1 %) Culfa, 6 056 hektarı, yaxud 18,1 faizi Kəngərli, 1 527 hektarı və ya 4,6 faizi Şahbuz, 2 441 hektarı və yaxud 7,3 faizi Sədərək rayonlarının, 992 hektarı, yaxud 2,9 faizi isə Naxçıvan şəhərinin payına düşüb.

Cari ildə taxıl sahələrindən 107 418 ton məhsul tədarük olunub ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 4 046 ton və ya 3,9 faiz çoxdur. Yığılan məhsulun 69 945 tonu buğda, 37 473 tonu isə arpadır.

İstinadlar Report