Bu gün Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla görüş keçirilir.
Tədbiri İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası təşkil edib.
Görüşdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvanda sahibkarlığın inkişafı, vergi güzəştləri və digər dəstək mexanizmləri müzakirə edilir.
Sahibkarlıq subyektləri arasında əməkdaşlığın gücləndirilməsi və yeni imkanların müəyyənləşdirilməsi nəzərdə tutulur.