Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 13 layihə maliyyələşdirib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyindən “Report”un yerli bürosuna verilən məlumata görə, layihələrin maliyyələşdirilməsinə 284 min manat vəsait sərf olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Bu ilin 4 ayı ərzində qaytarılan kreditlərin həcmi 2,3 milyon manat olub ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 42,8 % çoxdur.

İstinadlar Report