Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində şagird intihar edib.

2006-cı il təvəllüdlü Nəcəfov Xəyal Sərxan oğlu gecə saatlarında təhsil aldığı məktəbin həyətinə gələrək özünü öldürüb. O, kənd məktəbinin arxa hissəsində idman meydançasındakı qurğudan özünü asaraq həyatına son qoyub.

Kültəpə kənd orta məktəbindən saytımıza bildirilib ki, X.Nəcəfovun meyiti səhər saatlarında aşkar edilib: “Səhər məktəbə gələndən sonra baş vermiş hadisədən xəbər tutduq. 10-cu sinif şagirdi olan Xəyal Nəcəfovun davamiyyəti yaxşı olub, lakin qiymətləri o qədər də yüksək deyildi. Bildiyimizə görə, dünən axşam ailədə şagirdin dərslərini oxuması üstündə, həmçinin onun qohum toyuna getmək istəməsinə görə mübahisə olub. Bundan sonra Xəyal evi tərk edərək məktəbin həyətinə keçib və belə bir hadisə baş verib”.

Faktla bağlı Babək Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Lent-az saytı yayıb.

 

İstinadlar Qafqazinfo