Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qətl törədilib.

Məlumata görə, rayonun Püsyan kəndində 1948-ci il təvəllüdlü Gülüş Əhmədovanın meyiti yaşadığı evdə tapılıb. Onun baş, qol və ayaq nahiyələrində çoxsaylı xəsarətlər aşkar edilib.

Qadının kim tərəfindən, hansı şəraitdə və nə səbəbə qətlə yetirilməsi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanılıb, Naxçıvanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Nizam Rza

İstinadlar Qafqazinfo