Naxçıvan Muxtar Respublikasında növbəti hərrac keçirilib.
Ilk dəfə olaraq muxtar respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin balansında olan dövlət mülkiyyətinə keçirilmiş malların özəlləşirilməsi ilə bağlı hərrac təşkil olunub.
Hərraca çıxarılan 912 adda, müxtəlif kateqoriyada (kimyəvi təmizləmə, tekstil, bəzək əşyaları, parfüm, avtomobil yağları və ehtiyat hissələri) olan malların alınması üçün qeydiyyatdan keçmiş 1 sifarişçi hərracın qalibi olub.