Sosial şəbəkələrdə Naxçıvanda müəllimlərin aylıq vəzifə maaşlarının 2 dəfə qaldırılması ilə bağlı məlumat yayılıb. Bununla bağlı Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun sərəncam imzaladığı bildirilir.

Naxçıvan MR Təhsil Nazirliyindən məlumatın yanlış olduğu bildirilib:

“Bu məlumat yalandır. Köhnə sərəncamı tarixini göstərmədən paylaşıb camaatı təşvişə salırlar. Bu bir neçə il əvvəlin sərəncamıdır, hazırda belə bir artım yoxdur”.