Naxçıvan şəhərində maşın vuran kişi xəstəxanada ölüb.
Altı gün öncə gecə saatlarında Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində qeydə alınan qəzada 1959-cu il təvəllüdlü Fətəliyev İbrahim Şahsuvar oğlunu xəsarət almışdı.
İ.Fətəliyev hadisədən sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Taksi tərəfindən vurulan 65 yaşlı kişi dünən gecə saatlarında həmin xəstəxanada vəfat edib.