Naxçıvanda arvadını qətlə yetirməkdə təqsirləndirilən Elnur Cəfərovun məhkəməsi başlayır.

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas fevralın 2-nə təyin edilib.

İş hakim İsfəndiyar Nağıyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Şərur rayonunun Kərimbəyli kəndində qeydə alınıb.

Belə ki, E.Cəfərov arvadı, 1978-ci il təvəllüdlü Vüsalə Hüseynovanı bıçaqlayaraq öldürməkdə şübhəli bilinir.

İstinadlar Report