Naxçıvan şəhərində iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Hadisə şəhərin Nizami küçəsində baş verib.

Qəza zamanı “Mercedes” markalı avtomobillə “NAZ-Lifan” (taksi) markalı avtomobil toqquşub. Nəticədə ikincinin sürücüsü Naxçıvan şəhər sakini 1988-ci il təvəllüdlü Cəfərov Sərxan Kamran oğlu hadisə yerindəcə oğlu vəfat edib. Avtomobildə olan digər sərnişin Babək rayon Hacıvar kənd sakini 2004-cü il təvəllüdlü Sübhan Abbas Aftandil oğlu yaralanıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Report