Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Hərracların Təşkili Mərkəzinin bu gün keçirdiyi hərracda 12 qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Hərraca muxtar respublikanın 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid dövlət mülkiyyətində olan, ümumilikdə 13 qeyri-yaşayış sahəsi çıxarılıb.
Bunlardan isə 12-si özəlləşdirilib.
İyulun 9-da isə dövlət mülkiyyətində olan 11 avtonəqliyyat vasitəsi satılmışdı.