Dövlət Gömrük Komitəsi (DGK) Naxçıvana bəyan edilməyən tomat pastasının və qaz ocağının keçirilməsinin qarşısını alıb.
Belə ki, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinə daxil olan məlumat əsasında İran ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük yoxlaması tətbiq olunub.